歌词
Heç olubmu dünyadan baş götürüb qaçmaq arzun?
Heç olubmu söyləmisən "əlvida"?
De, olubmu quş olub səmalara uçmaq arzun?
De, olubmu tək qalmısan dünyada?
Gözlərim qəm
Sənə danışım dərdlərimdən
Məni dinlə
Ol mənə həmdəm
Dostum…
Heç olubmu haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu keçmişin boz vərəqlərini pozdun?
Xəbərin de varmı heç?
Arxaya bax, bir ömür ötdü
Dostum, ora kimlər gəlib, kimlər getdi…
Dostum…
Heç olubmu haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu keçmişin boz vərəqlərini pozdun?
Xəbərin de varmı heç?
Arxaya bax, bir ömür ötdü
Dostum, ora kimlər gəlib, kimlər getdi…
Heç olubmu həsrətin oxlarına tuş gəlmisən?
Heç olubmu düşünmüsən, keçəcək?
De mənə, de heç olubmu bir anlıq kövrəlmisən?
Biləndə ki, buradan hamı köçəcək…
Gözlərim qəm
Sənə danışım dərdlərimdən
Məni dinlə
Ol mənə həmdəm
Dostum…
Heç olubmu haqsızlıq önündə sadəcə susdun?
Heç olubmu keçmişin boz vərəqlərini…

专辑信息