歌词
Xəyallarıma qonaq gələrkən yaşanmış anlar
İçim yanar, özlərəm səni
Yağar ürəyimə gözlərimdən qəmli leysanlar
Əvvəlkitək istərəm səni
Qəlbim qanadsız bir quşdur
Nə zamandır, ömrüm boşdur
Uzun illər ötsə də, gözlərəm səni
Çarəsiz…
Sənlə biz bu sevgisiz, tək, kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz biz, çarəsiz
Çox aciz, bu sevgisiz, tək, kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz…
Yaş ötər, soyuyar, keçər, ağrılar qalar arxada
Keçmişimdə gizlərəm səni
Bir-birimizin olmasaq da, fani dünyada
Göylərdən səslərəm səni
Sınmış duyğular daha coşmur
Nə zamandır, ömrüm boşdur
Uzun illər ötsə də, gözlərəm səni
Biz çarəsiz…
Çox aciz, bu sevgisiz, tək, kimsəsiz
Üşüdük tənhalıqdan bax hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Özümüzdən xəbərsiz biz, çarəsiz
Çox aciz bu sevgisiz, kimsəsiz
Üşüdük tənhalıqdan hər ikimiz
Eyni anda sən mənsiz və mən sənsiz
Biz çarəsiz…
专辑信息
1.Iki Doğma Insan (Solo)
2.Çarəsiz
3.Etiraf
4.Yenə Gəl
5.Bir Də Salam
6.Mənim Deyilsən
7.Bu Hisslər Bitməsin
8.Sevən Tərəfdə Mən