歌词
Ey odlar diyarı, sən könlümün baharı
Ey müstəqil Vətənim, vuran ürəyim
Arzum diləyim, Ey müstəqil Vətənim
Vuran ürəyim, arzum diləyim!
Sən ümid yerimiz, sən sevinc yerimiz
Sən gözümün nuru, eşqim, həvəsim, odlu nəfəsim
Sən gözümün nuru, eşqim, həvəsim, odlu nəfəsim
Bir tarix yaratdın sən əsrlərdən bəri
Sən bizləri yaşatdın, sevirik səni, doğma Vətənim
Sən bizləri yaşatdın, sevirik səni, doğma Vətənim
Vətənim, Vətənim, Vətənim
Uğura səsləyən Vətənim
Səni candan artıq sevən övladına
Ümidlər bəsləyən Vətənim
Vətənim, Vətənim, Vətənim
Uğura səsləyən Vətənim
Səni candan artıq sevən övladına
Ümidlər bəsləyən Vətənim, Vətənim!
Ey ulu torpağın üç rəngli bayrağı
Sən ömürümün günəşi
Arxam dayağım, sönməz çırağım
Sən ömürümün günəşi
Arxam dayağım, sönməz çırağım
Dünyanın heç bir yeri sənə tay ola bilməz
Səndən kənar düşəndə könlüm sevinməz, əziz Vətənim
Səndən kənar düşəndə könlüm sevinməz, əziz Vətənim
Bir tarix yaratdın sən əsrlərdən bəri
Sən bizləri yaşatdın, sevirik səni, doğma Vətənim
Sən bizləri yaşatdın, sevirik səni, doğma Vətənim
Vətənim, Vətənim, Vətənim
Uğura səsləyən Vətənim
Səni candan artıq sevən övladına
Ümidlər bəsləyən Vətənim
Vətənim, Vətənim, Vətənim
Uğura səsləyən Vətənim
Səni candan artıq sevən övladına
Ümidlər bəsləyən Vətənim, Vətənim!
Vətənim!
专辑信息
1.Əlvida
2.Mən Sənin Yanına Qışda Gələrdim
3.Yada Sal Məni, Sevgilim
4.Qaranquş
5.Dostlar
6.Потерял
7.Dedin Apar
8.Счастье Мое
9.Can Can
10.Vətənim