歌词
Sevgilim, nələr oldu sən gedən gündən
Bir gün sevgi küsdü bizim hər ikimizdən
Ayrılığın gözü doymur əzab çəkəndən
Həzz alır ayırıb bizi bir-birimizdən
Parça-parça oldu sevgi
Səpələndi şüşə kimi
Sən gedən gündən
Sən gedən gündən
Parça-parça oldu sevgi
Səpələndi şüşə kimi
Sən gedən gündən
Sən gedən gündən
Yada sal məni, sevgilim
Yazda çiçəklər açanda
Yada sal məni, sevgilim
Yayda Nabranda qalanda
Yada sal məni, sevgilim
Payızda yağış yağanda
Yada sal məni, sevgilim
Qışda qar, çovğun olanda
Yada sal məni, sevgilim
Sevgilim, nələr gördüm sən gedən gündən
Tənha qaldım, əzab çəkdim mən həmin gündən
Kimsə baxdı yazıq-yazıq halıma yandı
Kimsə bir təsəlli vermək istədi hərdən
İçin-için ağlayırdım
Qayıt, səni çağırırdım
Sən gedən gündən
Sən gedən gündən
Ah! İçin-için ağlayırdım
Qayıt, səni çağırırdım
Sən gedən gündən
Sən gedən gündən
Yada sal məni, sevgilim
Yazda çiçəklər açanda
Yada sal məni, sevgilim
Yayda Nabranda qalanda
Yada sal məni, sevgilim
Payızda yağış yağanda
Yada sal məni, sevgilim
Qışda qar, çovğun olanda
Yada sal məni, sevgilim
Sevgilim, danış görüm, sən nələr gördün?
Dostum dedi, bir məclisdə səni də gördü
Eşitdim ki, danışanda adımı çəkdin
Kövrəlmişdin, sağlığıma şərab da içdin
Ocaq yandı külə döndü
Göydə ulduz yanıb söndü
Sən gedən gündən
Sən gedən gündən
Can aman, ocaq yandı külə döndü
Göydə ulduz yanıb söndü
Sən gedən gündən
Sən gedən gündən
Yada sal məni, sevgilim
Yazda çiçəklər açanda
Yada sal məni, sevgilim
Yayda Nabranda qalanda
Yada sal məni, sevgilim
Payızda yağış yağanda
Yada sal məni, sevgilim
Qışda qar, çovğun olanda
Yada sal məni, sevgilim
专辑信息