歌词
Bizim həyətimizdə bir çinar vardı
Onun ətrafında biz yığışardıq
Bir gecə yaxınlaşıb mən o ağaca
Qorxa qorxa yazdım: A A
Keçdi illər, mən qayıtdım
Sevgimi yada saldım
Düşündüm: Bəlkə səni görəm yenə?
Şahid idi o çinar
Yadımdadır o bahar
İlk dəfə sevirəm demişdim sənə
Qoca çinar bilirdi
Qoca çinar bilirdi
Yalnız çinar
Mənim sirrimi
Qoca çinar bilirdi
Qoca çinar bilirdi
Yalnız çinar
Mənim sirrimi
Çinarın kölgəsində dayanırdım mən
Gözləyirdim məktəbdən qayıdanda sən
Qonşular görərdi mənim bu halımı
Mənə çox qəribə baxardı hamı
Nə biləydim, ay çinar?
Bahardan mənə qalan
Uşaqlıqda mənim sevdiyim adam
Axı, sən şahid idin!
Bir dostum da bilirdi
Kimə mən demişəm
Sevirəm səni
Qoca çinar bilirdi
Qoca çinar bilirdi
Bir də dostum bilirdi
Mənim sirrimi
Qoca çinar bilirdi
Bir də dostum bilirdi
Yaxın dostum bilirdi
Mənim sirrimi
Gəlib çinar altında yenə oturdum
Gördüm ki, eyvanda dayanıb dostum
Yanında sən vardın, dolandı başım
Demə, dostum olub ömür yoldaşın
Keçdi illər, mən qayıtdım
Sevgimi yada saldım
Düşündüm: Bəlkə səni görəm yenə?
Şahid idi o çinar
Yadındadı o bahar?
İlk dəfə sevirəm demişdim sənə
Sevirəm!
Qoca çinar bilirdi
Qoca çinar bilirdi
Qoca çinar bilirdi
Mənim sirrimi
Bir də dostum bilirdi
Mənim dostum bilirdi
Yaxın dostum bilirdi
Mənim sirrimi
Qoca çinar bilirdi
Qoca çinar bilirdi
Bir də dostum bilirdi
Mənim sirrimi
Qoca çinar bilirdi
Bir də dostum
Bir də dostum bilirdi
Mənim sirrimi
Bir çinar bilirdi
Bir də dostum bilirdi
Mənim sirrimi
Ay sevgilim
Niyə belə vəfasız oldun?
专辑信息
1.O Qadın
2.Qoca Çinar Rəqsi
3.Bağlı Qapı (Ləzginka)
4.Tələsdim
5.Göz Yaşları (Remix)
6.Sən Elə, Mən Belə
7.Göz Yaşları
8.Açıq Qapı
9.Yox
10.Qoca Çinar