歌词
Bir gün məhəbbət haqqında danışdım sənə
Sən məni başa düşmədin, duymadın yenə
Dedin yox
Mən dedim günəş sarıdır, sən dedin qara
Mən dedim: qışda gəzərkən iz düşür qara
Dedin yox
Dedim mən səni tək qalmağa qoymayacağam
Səni tərk edib başqasıyla olmayacağam
Dedin yox, dedin yox, dedin yox
Dedin yox, dedin yox, dedin yox
Mən dedim fəsil dəyişir keçəndə aylar
Dedim bir ilin içində 12 ay var
Dedin yox
Mən dedim: yumsan gözünü düşər qaranlıq
Yum gözünü məni düşün, düşün bir anlıq
Dedin yox
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin yox, dedin yox, dedin yox
Dedin yox, dedin yox, dedin yox
Mən dedim bu davranışdır könlümü üzən
Gəlmişəm qəti qərara, getməliyəm mən
Dedin yox
Mən dedim: quşlar uçarkən qanad açırlar
Mən dedim: ulduzlar göydə işıq saçırlar
Dedin yox
Dedim mən səni tək qalmağa qoymayacağam
Səni tərk edib başqasıyla olmayacağam
Dedin yox, dedin yox, dedin yox
Dedin yox, dedin yox, dedin yox
Mən dedim: bu məhəbbətin axırı yoxdur
İkimiz də üzülürük, əzabı çoxdur
Dedin yox
Dayandıq nəfəs nəfəsə, yaşardı gözüm
Titrəyə - titrəyə dedim bir kəlmə sözü
Dedin yox
Niyə bəs açıq söyləmədin istəyini sən?
Sevsəm də səni, indi məcburam gedəcəyəm
Dedin yox, dedin yox, dedin yox
Dedin yox, dedin yox, dedin yox
专辑信息
1.O Qadın
2.Qoca Çinar Rəqsi
3.Bağlı Qapı (Ləzginka)
4.Tələsdim
5.Göz Yaşları (Remix)
6.Sən Elə, Mən Belə
7.Göz Yaşları
8.Açıq Qapı
9.Yox
10.Qoca Çinar