歌词
Xəzər dənizin göy dalğalarında
Küləklərin məğrur qanadında
Sevgiylə, müdrikliklə yaradılan
Qədim Odlar Yurdu var dünyada
Səninlə dolu fikirlər hər bir addımda
Səninlə dolu ürəklər həyat yolunda
Adınla bağlıdır bütün uğurlarımız
Sənsən nurlu təkrarolunmaz diyarımız
Ayırmaz illər, uzaq səfərlər
Ürəyimiz bağlanıb sənə
Yaşa, yaşa məğrur, Azərbaycan
Artsın qüvvətin hər gün, hər zaman
Səni düşünür əməllərimizdə hər can
Dünyanın ən doğma yeri - Azərbaycan
Yaşa, yaşa məğrur, Azərbaycan
Artsın qüvvətin hər gün, hər zaman
Səni düşünür əməllərimizdə hər can
Dünyanın ən doğma yeri - Azərbaycan
Dünyanın ən doğma yeri - Azərbaycan
Harda olsaq da, hər an düşüncələrdə
Tək sənsən, müqəddəs vətənimiz
Nəğmələrin yaşayır xatirələrdə
Səninlədir saf könüllərimiz
Səninlə dolu fikirlər hər bir addımda
Səninlə dolu ürəklər həyat yolunda
Adınla bağlıdır bütün uğurlarımız
Əbədi ucalsın üçrəngli bayrağımız
Ayırmaz illər, uzaq səfərlər
Həyatımız bağlanıb sənə
Yaşa, yaşa məğrur, Azərbaycan
Artsın qüvvətin hər gün, hər zaman
Səni düşünür əməllərimizdə hər can
Dünyanın ən doğma yeri - Azərbaycan
Yaşa, yaşa məğrur, Azərbaycan
Artsın qüvvətin hər gün, hər zaman
Səni düşünür əməllərimizdə hər can
Dünyanın ən doğma yeri - Azərbaycan
Dünyanın ən doğma yeri - Azərbaycan
Yaşa, yaşa, ey vətənim
Dərin eşqimin tacısan
Doğma, müstəqil məskənim
Gözəl, azad diyarımsan
Tanrıdan olan hədiyyəm
Adınla yaşayır bu can
Yaşa, yaşa, mənim ölkəm
Odlar Yurdu - Azərbaycan
Yaşa, yaşa məğrur, Azərbaycan
Artsın qüvvətin hər gün, hər zaman
Səni düşünür əməllərimizdə hər can
Dünyanın ən doğma yeri - Azərbaycan
Dünyanın ən gözəl yeri - Azərbaycan
Dünyanın ən əziz yeri - Azərbaycan
专辑信息
1.Azərbaycan