歌词
Müəllim olsaydın
Hədiyyən olardım
Sən məni almasaydın
Başqasına çatardım
Başqası məcbur edib
Yoldan çıxardardı
Mən çantanda yerləşib
Əlinə toxunardım
Yanında olardım
Hər səhər hər axşam hər gündüz hər gecə
Olardım
Yanında olardım
Hər səhər hər axşam hər gündüz hər gecə...
Həkim olsaydın
Baş həkimin olardım
Vəzifəmdən sui istifadə edib
Səni danlıyardım
Sən gecikərdin
Mən otağına gül qoyardım
Unudardım
ki təcilidir tibbi yardım
Yanında olardım
Hər səhər hər axşam hər gündüz hər gecə
Olardım
Yanında olardım
Hər səhər hər axşam hər gündüz hər gecə...
Şeytan olsaydın
Vəkilin olardım
Hamıya qarşı çıxıb
Səni mələk çıxardardım
Deputat olsaydın
Səni dinləyib yatardım
Yeni qanunlarına
Lay lay tək qulaq asardım
Bir əsər olsaydın
Şekspir olardım
Ya olum ya olüm soruşsaydın
Mən
Yanında olardım
Hər səhər hər axşam hər gündüz hər gecə
Olardım
Yanında olardım
Hər səhər hər axşam hər gündüz hər gecə...
Hər səhər hər axşam hər gündüz hər gecə
专辑信息
1.Olar