歌词
Həyatın hər anı gözəl ayırıb vaxtı seçmə
Zamanı donduran tək şey şəkillərdir, başqa heç nə
Sevginin imtahanından olmursa yaxşı keçmək
Sadəcə sağ ol denən də, əlvida, başqa heç nə
Elə bil filmdəyik, rollar ayrı
Başlayanda başlanğıc başqa olur
Amma nədənsə sonlar ayrı
Və insan onda ayılır bil, görür ki, yollar ayrı
Nə xeyri bax keçib artıq, sarıllan qollar ayrı
Günahkar sevgini bildi, gəlməyib xeyir səndən
Qayıdıb keçmişə baxdıqca da de - “heyif səndən”
Zaman da qatar kimi gedir - tik-tak, relslərdə
Qalanlar geridə qalır, qoy gedənə də heyfislənmə
Həyatın qanunu budur, qorunur axı tarazlıq
Barış öz alın yazınla, etmə heç narazılıq
Olacağa çarə yoxsa, bəs onda biz nə yazırıq ki?
Bu dəqiqə əcəl gəlsə, deyərik - gəl biz hazırıq
Sevgi var idi (Yalnız mahnılarda)
Sevgi var idi (Arzular, xəyallarda)
Sevgi var indi (Facebook, WhatsApp-da)
Sevgi var indi (Tik-Tok, Instagram-da)
Sevgi var idi (Yalnız mahnılarda)
Sevgi var idi (Arzular, xəyallarda)
Sevgi var indi (Facebook, WhatsApp-da)
Sevgi var indi (Tik-Tok, Instagram-da)
Bir vaxt məktub yazmağa çalışan titrəyən əllər
Əvəz olunub telefon, o vaxtkıtək doğma gəlmir
Onu görmək üçün hər səhər durub da məktəbə getmək
İndi isə hazırlıqlardan neçə aydır dərsə gəlmir
Yaşadığın bahalı sevgi pulla sayılırsa
Düşünürsən ki, böyüdükcə ayılırsan
Hisslər getdikcə soyuyursa
De görüm hansı qucaqlarda yaxşı soyunursan, hə?
Onu kimsə oyatsın
O bağırıb üsyan edəcək ki, toxdur eşqə qarnı
Əşi boş verin, əl dəyməyin, qoy bir az yatsın
Cismi paltarının altında, ruhu başqalarının
Həyat bizə hansı gülü göstərdisə, onu dərdik
Qapımızı döyənləri də bir əlimizlə geri göndərdik
Keçdiyimiz günlər… Nə günlərdir
Sevgi nə idi ki, sevgini nəyə döndərdik?
Sevgi var idi (Yalnız mahnılarda)
Sevgi var idi (Arzular, xəyallarda)
Sevgi var indi (Facebook, WhatsApp-da)
Sevgi var indi (Tik-Tok, Instagram-da)
Sevgi var idi (Yalnız mahnılarda)
Sevgi var idi (Arzular, xəyallarda)
Sevgi var indi (Facebook, WhatsApp-da)
Sevgi var indi (Tik-Tok, Instagram-da)
专辑信息
1.Sevgi Var Idi