歌词
Mənimlə güləşən mitil olar
Dağımdan iti qovan, həmin
Canavaram, çaqqal oğurlamasın
Deyə "Ay işığı" beat'im olar
Ağrılara dözən bədənim var
Hər Qələbənin də bədəli qan
Gedəndə zəif bir nədənim vardı, mən
Gəldim ki, bu dəfə əbədi qalım
Körpəmi vuraraq qorxutma məni, mən
Daha da, coşuram hədsiz
Doğru çağır məni! Öz adım var, sənin
adın da başına dəysin!
Yaxındır dilinə dabanımız
Getmisiz qalıb bir qabanınız
Olmuyub yüz ildə dünəniniz sizin
ki, olsun bu gün nə sabahınız
Qələbə son yol
Qələbə son yol!
Səbrim daşıb ələ silah almışam mən
Qələmə son qoyub
Bu dəfə yol yox!
Çatmamış evimə bacarsan son qoy!
Bilmədən tarixin oyununa düşmüşəm
Atıram son qol
Görünən təpədə bizik
Görünür Qələbə bizim!
Ölən o, körpə də bizim, bu
Dünya kordur görmür hələ də bizi...
Səsim hara çatar, axı?
Ölür günahsız O, balacalar!
Deyə, damına PUA damar, mən
Səmada Həşimov Poladam ha!
"Çəkilmə geri" mən
Desəm də, bilirəm çətindi yeri
Danışmaq asandır yerimdə durub
Yastığı daş onun yorğanı bulud...
Raketin yolu dəqiqmi?
Şəhidin tabutda qolu gəlib!
Mülkümün birinə əsgərin yüzüdür
Deyəsən qonşumun sonu gəlib...
专辑信息
1.Qələbə