歌词
Gedək oppalara
Oppalara
Gedək oppalara
Ay millət!
Soyuq havalar qanımızı içdi, üşüyüb donduq, aman!
Bu soyuqdan qaçmaq üçünsə, iki bilet almalıyam!
Ah? günəşsiz həyat çətindir, istiyə tərəfdaram!
Mənlə gəlməlisən, tələbimdir. Ölümünə inadkaram!
Çox düşünmə gəl bir qərara (gəl!)
Tərəddüdləri fırlat kənara (ah!)
Səndən əl çəkən deyiləm, bilirsən zəliyəm!
Düş, səni gözləyirəm!
Gedək oppalara!
Buralardan uzağa...
Düş, gedək oppalara!
(Düş, düş, düş, gözəlim, düş, düş)
Mən hara, sən də ora!
(Davam elə!)
Avokado, kivi, papaya, ananas manqo!
Hovuz kənarında rumba, tanqo, mambo!
Bir az da can qoy, yaxın ol, duy hissi!
Düş, naz eləmə, qız, dünya gözləyir bizi!
İzimizi bilməyən naməlum adalar
İkimizi gizlətsin kölgədə palmalar
Dalğalar lal olar bizim tet-a-tetdən
Yakamozu seyr edək kabrioletdən
(Getdik)
İkimiz bir yerdə olanda ürəyimə bal yaxılır! (Bəh-bəh-bəh)
Sən qaranlıqlarda işıqsan, sənsiz ürək darıxır!
Qırmızı günəş, sap-sarı qumlar ayağını yandıracaq (Cız…)
Dumduru dəniz, buz kimi şirələr bu yay bizim olacaq!
Çox düşünmə gəl bir qərara (gəl!)
Tərəddüdləri fırlat kənara (ah!)
Səndən əl çəkən deyiləm, bilirsən zəliyəm!
Düş, səni gözləyirəm!
Gedək oppalara!
Buralardan uzağa...
Düş, gedək oppalara!
(Düş, düş, düş, düş)
Mən hara, sən də ora!
(Durma, durma, durma, durma)
Durma, durma, boynunu burma, gəl mənimlə rəqs elə!
Meydan dağılır - tappatarap!
Hamının fikri səndə, məndə, önümə gəl də məst elə!
Meydan dağılır - tappatarap!
Dadın damaqda, belə tamahla çək yanına, cəzb elə!
Meydan dağılır - tappatarap!
Hər ikimizə, bəxtimizə, sevgimizə verilib viza!
Hamı bir yerdə!
Gedək oppalara! (Haydi)
Buralardan uzağa...
Düş, gedək oppalara!
Mən hara, sən də ora!
Gedək oppalara!
Buralardan uzağa... (Lap uzağa)
Düş, gedək oppalara!
(Düş, düş, düş, düş)
Mən hara, sən də ora!
(Maçı)
专辑信息
1.Sənə Ehtiyacım Var
2.Bu Şəhər Ikimizə Dar
3.Bana Ellerini Ver
4.Oppalara