歌词
Uşaq vaxtı ötüb getsin istədik
Sonra vaxta “dur” deyəndə gec oldu
Şirinli, acılı illər içində
Bilmədik ki, gəncliyimiz necə oldu
Hamı baxır, fərqli-fərqli yaş verir
Ağlımızda nə isə şirin söz qalır
Hər il ayrı macəralar baş verir
Hər ildən üzümüzdə bir iz qalır
Gün keçir, arada vaxta bax
Və məncə hər şeyi zamana burax
Xatirələr köhnə il, arzulardır təzə il
Sən də yanımda olsan, bəxtəvərik biz bu il
Xatirələr köhnə il, arzulardır təzə il
Sən də yanımda olsan, bəxtəvərik biz bu il
Hər uğurun əvvəlində barışdıq
Ömürdən kiməsə varmı pay verən?
Kimsə həyətdə kimdənsə soruşdu
Soruşdu ki, bu il nə ilidir görən?
Hansı il olsun, bizə fərq eləməz
Əsas odur, ömür mənalı olsun
Sevgidən doğulanlar dərd eləməz
Bu il hamı sevib, sevdalı olsun
Gün keçir, arada vaxta bax
Və məncə hər şeyi zamana burax
Xatirələr köhnə il, arzulardır təzə il
Sən də yanımda olsan, bəxtəvərik biz bu il
Xatirələr köhnə il, arzulardır təzə il
Sən də yanımda olsan, bəxtəvərik biz bu il
Gün keçir, arada vaxta bax
Və məncə hər şeyi zamana burax
Xatirələr köhnə il, arzulardır təzə il
Sən də yanımda olsan, bəxtəvərik biz bu il
Xatirələr köhnə il, arzulardır təzə il
Sən də yanımda olsan, bəxtəvərik biz bu il
专辑信息
1.Həyat Yoldaşım