歌词
Dilə gəlsə it deyər: insanlardan vəfalıyam
Dilə gəlsə qoyun,deyər: çox insandan ağıllıyam
Dilə gəlsə ilan, deyər: insan məndən təhlükəlidir
Dilə gəlsə meymun deyər, insan məndən gülməlidir
Dilə gəlsə xoruz, deyər: çox kişidən qəyrətliyəm
Dilə gəlsə çaqqal deyər, çox insandan hörmətliyəm
Ulaq deyər: bu adı qazandım insana qulluqla
İnsan isə mənim adımı qazanır kobudluqla
Hörümçək deyər: ev tikirəm. İnsan insanın evini yıxır
Balıq deyər: həmişə yaşam. İnsan sudan quru çıxır
Dəvə çətin yerisə də tüpürür belindəki yükə
İnsan bənzər qarışqaya. Bəzən yük özündən yekə
专辑信息
1.Dünya