歌词
Mənə bircə kəlmə “can” söyləsəydin
O bircə kəlmənə min can verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim
Ömrünü, gününü dərd eyləsəydin
Ömrümü, günümü dərman verərdim
O çağlar necə də mənə haydırlar
Könlümə gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
O çağlar necə də mənə haydırlar
Könlümə gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
Bezdirdim mən səni sədaqətimlə
Qaldım həsrətinlə, müsibətinlə
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim
Könlümü alsaydın bu zülmətinlə
Sənə bir günəşli cahan verərdim
O çağlar necə də mənə haydırlar
Könlümə gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
O çağlar necə də mənə haydırlar
Könlümə gözümə şəfəq yaydılar
Keçən günlərimi qaytaraydılar
Gələn günlərimi qurban verərdim
专辑信息
1.Qurban Verərdim