歌词
Mən Bakının küləyindən qorxub
Sənsiz üşüyürəm
Sözlərini yenə yada salıb
Səni düşünürəm
Amma sən getdin – dedilər
Hər şey bitdi – dedilər
Səni unudum deyə
Hey pislədilər
Unut, boşdur – dedilər
Ona xoşdur – dedilər
Mən inanmadım
Mənə hirsləndilər
Mənə səndən bəhs etsələr
Getdi – desələr
Buna sübut gətirsələr
İnanmayıb bu sözlərə
Yenə gözlərəm
Səhərə kimi
Mənə səndən bəhs etsələr
Getdi – desələr
Buna sübut gətirsələr
İnanmayıb bu sözlərə
Yenə gözlərəm
Sən gələnə kimi
Mən şəhərin küçəsində
Gəzib, yalnız gözləyirəm
Gözlərini yenə yada salıb
Səni səsləyirəm
Amma bax, getdim – dedilər
Hər şey bitdi – dedilər
Məni unutmaq üçün
Hey pislədilər
Unut, boşdur – dedilər
Belə xoşdur – dedilər
Səni sevdim
Heç bilmədilər
Sənə məndən bəhs etsələr
Getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə
Deyilənlərə
Ölənə kimi
Sənə məndən bəhs etsələr
Getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə
Deyilənlərə
Mən gələnə kimi
Sənə məndən bəhs etsələr
Getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə
Deyilənlərə
Ölənə kimi
Sənə məndən bəhs etsələr
Getdi – desələr
Buna sübut gətirsələr
İnanma sən bu sözlərə
Deyilənlərə
Mən gələnə kimi
Gözlə, gözlə, gözlə
Gələnə kimi...
Gözlə, gözlə
Ölənə kimi...
专辑信息
1.Dedilər