歌词
Bir xatirə qaldı səndən
Gözümdə yaş, saçımda dən
Gecələr zülmətə döndü
Nə günüm gün o gedəndən
Axı getdin, nə dəyişdi?
Sənə kimlər nə demişdi?
Mən ki dönmədim sözümdən
Bilə bilməm bu nə işdi
Mən ki dönmədim sözümdən
Bilə bilməm bu nə işdi
O son rəsimdə qalmış əlimdə
Gələcəksənsə verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
O son rəsimdə qalmış əlimdə
Gələcəksənsə verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
♫~Musiqi~♫
Daha bezmiş, daha küskün
Daha məyus, daha üzgün
Nə gələn var, nə gedən var
Nə soran var, "necə dözdün?"
Tutaraq özgə əlindən
Qarşıma çıxırsan hərdən
Sənə rast olmamaq üçün
Gedirəm mən bu şəhərdən
Sənə rast olmamaq üçün
Gedirəm mən bu şəhərdən
O son rəsimdə qalmış əlimdə
Gələcəksənsə verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
O son rəsimdə qalmış əlimdə
Gələcəksənsə verim, istəmirəm mən
Nə vaxtsa bir gün bağışlamaq üçün
Məni axtarma, daha gözləmirəm mən
♫~Musiqi~♫
专辑信息