歌词
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladı?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı
Buna heç alışmadı
Düşüncələr içində qaldım ümidsiz, çarəsiz
Səninlə olmaq çətin, mümkün deyil sənsiz
Özüm də bilmədən asılı qaldım sənə
Uzaqlaşıb getdin xəbər də vermədən
Soyuqda, tufanda, yalnız qaldığım günlərdə
Yanımda sən vardın, indi sənsiz açır səhər
Tikanlı cümlələr, qəlb qıran kəlmələr
İndi qalıb geriyə bir ovuc xatirə
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladı?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı...
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladı?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı
Buna heç alışmadı
Görüş yeri, çiskin hava, mahnılar qəmgin
Daha bircə ümid yox, bütün ağrılar mənim
Səninsə qəlbində gizlində, dərində
Xəyanətin izləri gəzir, bitdi sevgin də
Soyuqda, tufanda, yalnız qaldığım günlərdə
Yanımda sən vardın, indi sənsiz açır səhər
Tikanlı cümlələr, qəlb qıran kəlmələr
İndi qalıb geriyə bir ovuc xatirə
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladı?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı...
Yağış yağdı bu sevgiyə
Bəlkə səni bağışladı?
Bu ayrılıq bizə heç cür yaraşmadı
Ürəyimsə bir başqasına alışmadı
Buna heç alışmadı
Yağış yağdı...
Yağış yağdı...
专辑信息