歌词
Ana
Ana can
Ana
Gözümün nuru
Canım Ana
Eğitin sən məni yana yana
Odlusan gün kimi
Bir qaynar həyat kimi
Borcluyam mən sana
Sana bir evlad kimi
Əziz Ana
Nə ki arzu kâmın var
Qəlbində tutmuş qərar
And olsun sana
Can Ana
Qədrini el bilir
Ətrini gül bilir
Saçının ağına qarasına qurbanam
Könlünun o həzin laylasına qurbanam
Əziz Ana
Beşiyim üstə layla çaldın
Gecələr sübhədək qadamı aldın
İsti nəfəsini həmişə yaz bilmişəm
Olub ki, mən sənin qədrini az bilmişəm
Əziz Ana
Nə ki arzu kâmın var
Qəlbində tutmuş qərar
And olsun sana
Can Ana
Qədrini el bilir
Ətrini gül bilir
Saçının ağına qarasına qurbanam
Könlünun o həzin laylasına qurbanam
Əziz Ana
Niyyətin xoşdur
Safdır südün
Qulağımda qalıb hər öğüdün
Oğluna, qızına
Ay etibarlı ana
Nəfəsi gül kimi
Qəlbi baharlı ana
Əziz ana
Nə ki arzu kâmın var
Qəlbində tutmuş qərar
And olsun sana
Can Ana
Qədrini el bilir
Ətrini gül bilir
Saçının ağına qarasına qurbanam
Könlünun o həzin laylasına qurbanam
Əziz Ana
Saçının ağına qarasına qurbanam
Könlünun o həzin laylasına qurbanam
Əziz Ana can